Rusiyada 4,7 bal gücündə zəlzələ oldu

Rusiyada 4,7 bal gücündə zəlzələ oldu Dünya

Rusiyanın Buryatiya və İrkutsk vilayətində zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə İrkutsk vilayəti üzrə Fövqəladə Hallar Baş İdarəsi məlumat yayıb.

Rusiya Elmlər Akademiyasının Baykal filialının Vahid Geofizika Xidmətinin məlumatına görə, zəlzələnin episentri Buryatiyanın Tankhoy qəsəbəsindən 6 kilometr aralıda yerləşib.

Qəsəbə sakinləri 4,7 bal gücündə, İrkutsk şəhərinin sakinləri isə 2 bala qədər yeraltı təkanlar hiss ediblər.

Xilasedicilər bildiriblər ki, zəlzələ nəticəsində dağıntı və xəsarət alan olmayıb.

Bütün infrastruktur obyektləri normal rejimdə fəaliyyətini davam etdirir.