Rusiyada 6,2 bal gücündə zəlzələ oldu
Dünya
Rusiyanın Kamçatka yarımadasının şərq sahilində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri bölgənin inzibati mərkəzi Petropavlovsk-Kamçatski şəhərindən 72 kilometr aralıda yerləşib.
Qeyd edilib ki, ocağı xeyli dərinlikdə yerləşdiyi üçün zəlzələ qəfil zərbə deyil, uzunmüddətli titrəmə şəklində hiss olunub. Yerli mətbuatın yazdığına görə, sakinlər də yeraltı təkanların xeyli vaxt davam etdiyini bildiriblər