Rusiyada Britaniya səfirinə qarşı təxribat hazırlayan mühafizəçi saxlanıldı

Rusiyada Britaniya səfirinə qarşı təxribat hazırlayan mühafizəçi saxlanıldı Dünya

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukrayna Təhlükəsizlik Xidmətinin agenti olduğu və Moskvada Britaniya səfirliyinin mühafizəsini həyata keçirən təşkilatda çalışdığı bildirilən Rusiya vətəndaşını saxlayıb.

News24.az xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Saxlanılan şəxs barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.

Məlumata görə, həmin şəxs Ukraynalı bloger Dmitri Karpnkonun tapşırıqlarını yerinə yetirib.

İstintaq hesab edir ki, o, Ukrayna Təhlükəsizlik Xidmətinin maraqları naminə Britaniya diplomatik nümayəndəliyinin əməkdaşları barədə məlumatlar toplayıb.

Söhbət onların yaşadığı ünvanlar, istifadə etdikləri nəqliyyat vasitələri, görüşləri və səfərləri, həmçinin səfirliyin təhlükəsizlik sistemi və keçirilən tədbirlər barədə məlumatlardan gedir.

FTX iddia edib ki, Ukrayna xüsusi xidmət orqanları bu məlumatlardan Britaniya səfirinə qarşı təxribat hazırlamaq üçün istifadə etməyi planlaşdırıb.