Rusiyada daha bir ayı hücumu - Turist öldü

Rusiyada daha bir ayı hücumu - Turist öldü Dünya

Rusiyanın Tuva Respublikasında ayı Moskvadan gələn 62 yaşlı balıqçıya hücum edib.

News24.az xəbər verir ki, həmin şəxs Tuvaya gəlib və dostları ilə Böyük Yenisey çayında balıq tuturmuş.

Həmin məqamda onlara ayı hücum edib. Nəticədə istirahət edənlərdən biri ağır yaralanıb.

Yırtıcı onun üzünün yumşaq toxumalarını qoparıb.

Ayını qovmaq mümkün olub.

Xəstəxanaya çatdırılan 62 yaşlı kişi orada vəfat edib.

Yerli hakimiyyət orqanlarının sözlərinə görə, tursitlər ayılarla bağlı artan təhlükə səbəbindən bölgədə tətbiq olunan bütün qadağaları pozublar.

Qeyd edək ki, Tuvada noyabrın 30-dək təbiətdə tədbirlərin keçirilməsi qadağan edilib. Həmçinin 11 bələdiyyədə yüksək hazırlıq rejimi tətbiq olunub və bu rejim insanların meşələrə getməsini də qadağan edir.

Bundan başqa, sentyabrın 10-dan etibarən respublikada balıq ovuna federal qadağa qüvvəyə minib.