Rusiyada dəhşətli qəza: Bir ailənin 5 üzvü həlak oldu

Rusiyada dəhşətli qəza: Bir ailənin 5 üzvü həlak oldu Dünya

Rusiyanın Soçi şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Rusiya KİV-ə istinadən xəbər verir ki, qəza zamanı bir ailənin beş üzvü həyatını itirib.

Hadisə iyulun 26-da yerli vaxtla saat 22:30 radələrində Kurortnıy Prospekt keçid yolunda baş verib. İlkin məlumata görə, Toyota Land Cruiser 200 markalı avtomobilin sürücüsü yaş yolda idarəetməni itirərək yüksək sürətlə beton divara çırpılıb.

Xilasedicilərin bildirdiyinə görə, güclü zərbə nəticəsində avtomobilin yan hissəsi ciddi deformasiyaya uğrayıb və sərnişinlərin bir qismi nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Avtomobildə ümumilikdə səkkiz nəfər olub. Qəza nəticəsində 42 yaşlı sürücü, onun 40 yaşlı həyat yoldaşı və üç övladı hadisə

yerində həlak olublar. Digər üç azyaşlı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.