Rusiyada dəhşətli qəza - – Tank “Niva”nı yarıya böldü
Dünya
Rusiyanın Belqorod vilayətində tankın “Niva” markalı avtomobil ilə toqquşması nəticəsində sürücü hadisə yerində ölüb.
News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, qəza yerindən çəkilmiş fotoya əsasən, tank avtomobilin ön hissəsini məhv edib.
Ölən şəxs 73 yaşlı yerli sakin olub. Qəzanın hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.