Rusiyada dron hücumları: 1 nəfər ölüb, 14 nəfər yaralanıb

Rusiyada dron hücumları: 1 nəfər ölüb, 14 nəfər yaralanıb Dünya

Rusiyanın müxtəlif bölgələrinə gecə saatlarında edilən dron hücumları nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.

News24.az xəbər verir ki, Krasnodar vilayətinin Severski rayonunda yerləşən İlski qəsəbəsində bir müəssisədə yanğın baş verib. Dron qalıqlarının əraziyə düşməsi nəticəsində biri uşaq olmaqla üç nəfər xəsarət alıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar Taqanroqda iki elektrik yarımstansiyasının zədələndiyini, onlardan birində yanğın baş verdiyini bildirib.

Onun sözlərinə görə, bölgəyə edilən hücumlar nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb. Həmçinin körpüyə ziyan dəyib və dəmir yolu nəqliyyatında fasilələr yaranıb.