Rusiyada fövqəladə vəziyyət elan olundu

Rusiyada fövqəladə vəziyyət elan olundu Dünya

Rusiyanın Tümen vilayəti və Tümen Muxtar Dairəsində güclü daşqınlar səbəbindən regional fövqəladə vəziyyət elan olunub.

News24.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Mur sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, bölgədə vəziyyət hələ də gərgin olaraq qalır və suyun səviyyəsi artmaqda davam edir.

Qubernator bildirib ki, Tura çayında suyun səviyyəsi iyulun 28-i səhər saatlarına olan məlumata görə 877 santimetrə çatıb ki, bu da daşqın riskini daha da artırır.

Məlumata görə, bölgədə yaranmış ağır vəziyyətə son iki ay ərzində davam edən intensiv yağışlar səbəb olub. Hazırda aidiyyəti qurumlar daşqınların nəticələrinin aradan qaldırılması və əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirirlər.