Rusiyada fövqəladə vəziyyət elan olundu

Rusiyada fövqəladə vəziyyət elan olundu Dünya

Rusiyanın Krasnodar diyarının Gelendjik şəhərində pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yerli fövqəladə vəziyyət elan edilib.

News24.az xəbər verir ki, əməliyyat qərargahının məlumatına görə, şəhərə gecə saatlarında edilən hücum nəticəsində üç nəfər xəsarət alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Qolubaya Buxta ərazisində təxminən 20 fərdi yaşayış evinə ziyan dəyib. Onlardan üçünün tamamilə dağıldığı bildirilir.

Fövqəladə hallar xidmətinin əməkdaşları zərərçəkən evlərin sakinlərinin təhlükəsiz ərazilərə təxliyəsinə başlayıb.

Qeyd edək ki, avqustun 12-nə keçən gecə Krasnodar diyarının Ukrayna Silahlı Qüvvələri tərəfindən kütləvi PUA hücumuna məruz qaldığı açıqlanıb. Bildirilir ki, yüzlərlə dron Novorossiysk, Anapa, Gelendjik və Temryuk rayonlarında yaşayış evlərinə və mülki infrastruktura zərbələr endirib.