Rusiyada “Google”, “DeepSeek” və “Twitch” çökdü
Dünya
Rusiyada istifadəçilər “Google”, “DeepSeek” və “Twitch” platformalarının fəaliyyətində problemlərlə üzləşdiklərini bildiriblər.
News24.az xəbər verir ki, bu barədə “Downdetector” xidmətinin məlumatlarında qeyd olunub.
Ən çox şikayət “Google” ilə bağlı qeydə alınıb. Son 24 saat ərzində platformanın fəaliyyəti ilə bağlı 2,2 min, son bir saatda isə 198 müraciət daxil olub.
“DeepSeek” istifadəçiləri də nasazlıqlardan şikayət ediblər. Platforma ilə bağlı son 24 saatda 2,1 min, son bir saatda isə 160 şikayət qeydə alınıb.
“Twitch”də isə son 24 saat ərzində 388, son bir saatda 124 şikayət daxil olub.