Rusiyada güclü yanğın başladı

Rusiyada güclü yanğın başladı Dünya

Rusiyanın İjevsk şəhərində yerləşən "Tri kita" ticarət mərkəzinin ərazisindəki anbarlarda güclü yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə Udmurtiya üzrə Fövqəladə Hallar Baş İdarəsi məlumat yayıb.

İlkin məlumata görə, yanğının sahəsi 1000 kvadratmetrdən çox olub.

Hadisə yerinə bütün zəruri qüvvə və texnika cəlb edilib.

Ticarət mərkəzinin rəhbərliyi binada insanların olmadığını açıqlayıb.

Yanğının söndürülməsinə 46 yanğınsöndürən və 13 texnika cəlb olunub.

Hadisə zamanı binanın dam örtüyü bütün sahə boyunca çöküb.

İlkin məlumata əsasən, xəsarət alan olmayıb. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Son məlumata görə, yanğın 1250 kvadratmetr sahədə lokallaşdırılıb.