Rusiyada həbsxanada qiyam qaldıranların - Fotosu
Dünya
Rusiyanın Volqoqrad vilayətinin Surovikin şəhərindəki 19 saylı Cəzaçəkmə Müəssisəsini ələ keçirməkdə şübhəli bilinən şəxslərin adları məlum olub.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Bunlar Özbəkistan əsilli Temur Xusinov (qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib), Özbəkistan əsilli Ramzidin Toşev (narkotik satışı maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilib) və Tacikistan əsilli Rüstəmçan Navruzidir (narkotik satışı maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib) .
Qeyd edək ki, bu gün Volqoqrad vilayətindəki 19 saylı Cəzaçəkmə Müəssisəsinin dustaqları qiyam qaldırıblar.