Gizli sorğu Kremli məyus etdi: əhalinin yarıdan çoxu narazıdır

Gizli sorğu Kremli məyus etdi: əhalinin yarıdan çoxu narazıdır Dünya

Rusiyada aparılan gizli sorğunun nəticələri Kreml üçün xoş olmayıb. Belə ki, sorğuya əsasən, əhalinin yarı faizindən çoxu müharibədən yorulduğunu bildirib.

News24.az xəbər verir ki, sorğu Kremlin sifarişi ilə Rusiya İctimai Rəy Mərkəzi tərəfindən keçirilib.

Respondentlərin 3 faizi artıq müharibədən bezdiyini etiraf edib, döyüşlərin davamını dəstəkləyənlərin sayı 20 faizdən aşağı düşüb.

Sosioloqların sözlərinə görə, bu tendensiya 2024-cü ilin sonundan etibarən güclənməyə başlayıb. Əsas səbəblər kimi inflyasiyanın artması, gəlirlərin durğunlaşması və orduya əlavə maliyyə toplamaq üçün vergilərin artırılması göstərilir.

Tədqiqatçıların qiymətləndirməsinə görə, sakinlərin maddi vəziyyəti kəskin şəkildə pisləşib – həyatın yaxşılaşdığını deyən hər bir nəfərə qarşılıq üç nəfər əksini bildirib.

Kreml həmçinin internet senzurasına münasibəti də öyrənib. Eyni araşdırmaya görə, yalnız 24 faiz rus Qərb platformalarının bloklanmasını dəstəkləyir, 39 faiz isə bunun əleyhinədir.

Respondentlərin 30 faizi bu məsələdə fikrini bildirməkdən çəkinib.

Sosioloqlar qeyd edirlər ki, gənclər senzuranı şəxsi həyata müdaxilə kimi, yaşlı nəsil isə dövlətin müdafiəsi və qayda-qanun kimi qəbul edir.