Rusiyada kimya zavodunda yanğın - ÖLƏNLƏR VAR
Dünya
Moskva vilayətinin Sergiyev-Posad şəhərində Krasnozavodsk Kimya Zavodunda yanğın baş verib.
News24.az xəbər verir ki, yanğın nəticəsində beş nəfər ölüb.
Sergiev Posad Şəhər Dairəsinin rəhbəri vəzifəsini icra edən Aleksey Lujetski bildirib ki, onların meyitləri dağıntıların təmizlənməsi zamanı aşkar edilib.
Zavodda yanğının aradan qaldırılması işləri başa çatıb.