Rusiyada körpü uçdu - İnsanlar suya düşdü

Rusiyada körpü uçdu - İnsanlar suya düşdü Dünya

Rusiyada qəzalı vəziyyətdə olan körpü uçub.

News24.az "Mash" Teleqram kanalına istinadən xəbər verir ki, hadisə Primorsk diyarında yerləşən Muravyinaya buxtasında baş verib.

Hadisə zamanı körpünün üzərində uşaqlar da daxil olmaqla təxminən 20 nəfər olub.

Məlumata görə, körpü uçmazdan əvvəl uşaqlar oradan suya tullanıb.

Konstruksiya dağıldıqdan sonra sahildə və suda çaxnaşma yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, böyüklər və uşaqlar kömək üçün qışqırıb, ətrafdakı insanlar isə zərərçəkənləri sudan çıxarmağa çalışıblar.

İlkin məlumata əsasən, iki nəfər xəsarət alıb. Uçan körpünün altında insanların qalması ehtimalı var. Xilasedicilər dalğıcların iştirakı ilə axtarış əməliyyatına hazırlaşırlar. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.