Rusiyada neft terminalı vuruldu - Video
Dünya
Rusiyanın Sankt-Peterburq şəhərində pilotsuz uçuş aparatları neft terminalına hücum edib.
News24.az xəbər verir ki, hücum genişmiqyaslı yanğına səbəb olub.
Hadisə iyunun 3-nə keçən gecə baş verib.
Partlayışlar və şəhərin bir neçə rayonundan görünən qara tüstü barədə yerli sosial şəbəkə səhifələri məlumat yayıb.
Yanğın Kömür Limanında (Uqolnaya Qavan) yerləşən terminalın rezervuarlarını əhatə edib.
Şəhərin qubernatoru Aleksandr Beqlov şəhərə pilotsuz aparatlarla hücum edildiyini təsdiqləyib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Sankt-Peterburq üzərində üç dronu vurub.
“Astra” Telegram kanalının yazdığına görə, zərərin miqyası və mümkün zərərçəkənlərlə bağlı məlumatlar hazırda dəqiqləşdirilir.
Qeyd edək ki, Sankt-Peterburq Neft Terminalı Rusiyanın Baltik regionundakı mühüm strateji infrastruktur obyektlərindən biridir.
Bu, obyektə ilk hücum deyil. 2024-cü il yanvarın 18-nə keçən gecə də pilotsuz aparat terminala zərbə endirməyə cəhd etmişdi, lakin hava hücumundan müdafiə sistemi onu zərərsizləşdirmişdi.
Həmin vaxt müəssisənin sahibi bildirmişdi ki, hücumun qarşısının alınması Baltik regionu üçün ciddi ekoloji fəlakətin qarşısını alıb. / korrespondent.net/