Rusiyada panikaya səbəb olan cism: - Döyüş təyyarələri naməlum obyektin ardınca havaya qalxdı

Rusiyada panikaya səbəb olan cism: - Döyüş təyyarələri naməlum obyektin ardınca havaya qalxdı Dünya
Rusiyanın Sankt-Peterburq şəhərində Pulkovo hava limanında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. 

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu qərarın naməlum cismin görünməsindən sonra verildiyi bildirilib.

Rusiyanın TASS xəbər agentliyi Pulkovo hava limanından 200 kilometr aralıda naməlum cismin aşkarlandığını və döyüş təyyarələrinin ekspertizaya üçün göndərildiyini bildirib.

Həmin cismin nə olduğu isə hələ məlum deyil. 

Qumral Əliyeva