Rusiyada qasırğa nəticəsində ölən və yaralananlar var

Rusiyada qasırğa nəticəsində ölən və yaralananlar var Dünya

Rusiyanın Samara bölgəsində əlverişsiz hava şəraiti ölümlə nəticələnib.

News24.az xəbər verir ki, Samarada qasırğa nəticəsində 3 nəfər ölüb.

“Rayonda ağacların aşması nəticəsində ümumilikdə 6 nəfər xəsarət alıb. Həmçinin güclü külək nəticəsində Tolyatti şəhərinin Yubileynaya küçəsində avtobus dayanacağı uçaraq 70 yaşlı qadını əzib. O, xəstəxanaya yerləşdirilib”, – yazıda deyilir. (Qafqazinfo)