Rusiyada sərnişinlər hava limanından təxliyə edildi

Rusiyada sərnişinlər hava limanından təxliyə edildi Dünya

Rusiyanın Vladivostokdakı hava limanında sərnişinlər təxliyə edilib.

News24.az xəbər verir ki, bu barədə “Svodka25” kanalı məlumat yayıb.

“İlkin məlumata görə, yanğın siqnalizasiyası işə düşüb və yüzlərlə insan terminal binasını tərk etmək məcburiyyətində qalıb”, – deyə paylaşımda bildirilib.

Şahidlərin sözlərinə görə, hava limanının binasına yanğınsöndürən maşınlar gəlib. Ərazidə olan təyyarələrdən birinin tüstüləndiyi iddia edilib.

Hadisə ilə bağlı hələlik rəsmi məlumat yoxdur.