Rusiyada terror cəhdi: Saxlanılan var

Rusiyada terror cəhdi: Saxlanılan var Dünya

Rusiyanın Krasnodar diyarında Müdafiə Nazirliyinin zabitinə qarşı terror aktının qarşısı alınıb.

News24.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, təhlükəsizlik qüvvələri hərbi xidmətə çağırış ofisinin əməkdaşının avtomobilinə partlayıcı qurğu yerləşdirilməsi planını ifşa edib.

Məlumata əsasən, Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edildiyi iddia olunan şəxs gizli yerdən əldəqayırma partlayıcı qurğunu götürərkən saxlanılıb. FTX bildirir ki, partlayıcı qurğuda Qərb istehsalı olan partlayıcı maddələrdən istifadə edilib.

İstintaqın versiyasına görə, saxlanılan şəxs 2025-ci ilin sentyabrında Rusiyada fəaliyyəti qadağan edilmiş Ukrayna təşkilatı ilə mesencer vasitəsilə əlaqə yaradıb. Təşkilatın rəhbərinin ona terror aktı törətməsi müqabilində pul vəd etdiyi iddia olunur.

Saxlanılan şəxs barəsində dövlətə xəyanət, terror təşkilatının fəaliyyətində iştirak və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.