Rusiyada “Vikipediya” da əngəllənə bilər

Rusiyada “Vikipediya” da əngəllənə bilər Dünya


Rusiyada girişinə məhdudiyyət qoyulmuş saytların sırasına “Vikipediya” da qoşula bilər. Buna səbəb martın 1-də Rusiyada VPN xidmətləri də daxil olmaqla məhdudiyyətdən yan keçmə vasitələrinin reklamını və ya yayılmasını qadağan edən qanunun qüvvəyə minməsidir.

News24.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Anton Qorelkin teleqramda yazıb.

Qorelkin blokdan yan keçməyin yollarını təsvir edən və həmçinin bu üsullardan istifadə etməyi tövsiyə edən viki məqaləsinə diqqət çəkib.