Rusiyada zavodda partlayış olub, ölənlər var
Dünya
Moskva vilayətində yerləşən Krasnozavodsk Kimya Zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb.
News24.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Sergiyev Posad şəhər dairəsinin Krasnozavodsk şəhərində yerləşən müəssisənin ərazisində baş verib. Partlayışdan sonra yanğın başlayıb.
Hadisə zamanı əməkdaşlar 4 nömrəli sexdə olublar və partlayış nəticəsində sex tamamilə dağılıb.
Hadisənin səbəbləri və başvermə şəraiti araşdırılır.