Rusiyadan sonra İranda da benzin böhranı başladı

Rusiyadan sonra İranda da benzin böhranı başladı Dünya

Tehran sakinləri benzin tapmaq üçün bir neçə məntəqə gəzdiklərini və saatlarla növbədə gözlədiklərini bildirirlər.

News24.az xəbər verir ki, analoji vəziyyət Mazandaran, Gilan, Hormozqan və Fars əyalərində də yaşanır.

Məlumata görə, şəhərlərdə bir çox məntəqə bağlıdır və yanacaq çatışmazlığı var.

Ötən həftədən başlayan böhran səbəbilə bəzi şəhərlərdə hər avtomobilə yanacaq limiti 10–15 litrə qədər endirilib.

Bununla yanaşı, yol polisi benzin sərfiyyatını azaltmaq üçün köhnə nəqliyyat vasitələrini cərimə meydançasına aparır.

Lakin ölkədəki kəskin inflyasiya və yoxsulluq üzündən əhalinin köhnə avtomobillərini yeniləməyə imkanı çatmır.