Rusiyalı sabiq deputatın oğlu intihar etdi - Detallar bəlli oldu
Dünya
Rusiyanın keçmiş Dövlət Duması deputatının oğlu İvan Qudkovun intiharı ilə bağlı yeni təfərrüatlar məlum olub.
News24.az xəbər verir ki, bu barədə “Mash Money” məlumat yayıb.
Məlumata görə, 20 yaşlı İvan uzun müddət qumar oyunları ilə maraqlanıb, həmçinin kriptovalyuta bazarında riskli əməliyyatlar aparıb. O, şəxsi bloqunda kazinoda pul itirməsi barədə də yazıb.
Nəşrin məlumatına əsasən, gənc son dövrlərdə şəxsi problemlərlə üzləşib. O, daha əvvəl sosial şəbəkələrdə intiharla bağlı fikirlərini də bölüşüb.
İvanın atası Dmitri Qudkov oğlunun uzun illər daxili problemlərlə mübarizə apardığını bildirib.
Qeyd edək ki, Dmitri Qudkov 2021-ci ildə Rusiyanı tərk edib. O, hazırda ölkə xaricində yaşayır.