Yemək axtaran ayılar insanlara hücum edir

Yemək axtaran ayılar insanlara hücum edir Dünya

Bu il ABŞ-nin ən azı 15 ştatında ayılarla insanların qarşılaşması halı kəskin artıb.

News24.az xəbər verir ki, ekoloq və bioloqlar bunu isti qış, şiddətli quraqlıq, həmçinin ayıların təbii qida mənbələrinin azalması ilə əlaqələndiriblər.

Giləmeyvə və palıd qozalarının azalması ayıları yaşayış məntəqələrinə yaxınlaşmağa, tullantılar arasında qida axtarmağa məcbur edib.

Bioloq Neyt Bouersok bildirib ki, insanların ayıların yaşayış ərazilərinə köçməsi də qarşılaşmaların artmasına səbəb olur.

Məlumata görə, Koloradoda bu il 8 600-dən çox ayı ilə qarşılaşma hadisəsi qeydə alınıb. 294 ayı evtanaziya edilib, insanlara isə 10 hücum hadisəsi baş verib. Bu, ştat üçün rekord göstəricidir.

Konnektikutda ayıların evlərə daxil olması son 10 ildə iki dəfədən çox artaraq ən azı 60-a çatıb.

Floridada isə ayılarla qarşılaşmaların sayı 6 400-ü ötüb. Halbuki son 10 ildə illik orta göstərici 2 500 olub.

Aytac Babayeva