Moskva İrəvandakı səfirini geri çağırdı - Nə baş verir?

 Moskva İrəvandakı səfirini geri çağırdı - Nə baş verir? Dünya

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında deyilir:

“Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P. Kopırkin Ermənistan rəhbərliyinin Aİ ilə yaxınlaşmaq istiqamətində atdığı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa zərər vuran addımlarla əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırılıb”.