Rusiyanın hücumu nəticəsində Kiyevdə ölən və yaralananların sayı artdı
Dünya
Rusiya qoşunları iyulun 2-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) və raketlərdən istifadə edərək Kiyevə zərbə endirib.
News24.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko məlumat yayıb.
Rusiyanın Kiyevə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər ölüb, 20 nəfər yaralanıb.
Onun sözlərinə görə, saat 05:10-a olan vəziyyətə əsasən 20 nəfərin xəsarət aldığı barədə məlumat təsdiqlənib.
T. Tkaçenko bildirib ki, atəş nəticəsində bütün Kiyev üzrə 28 yerdə zədələnmələr qeydə alınıb: "Əsasən yaşayış binaları və mülki infrastruktur obyektləri ziyan görüb".