Rusiyanın İrandakı səfirliyi müdafiə strukturu tikir?
Dünya
Rusiyanın İrandakı səfirliyi müdafiə istehkamı üçün binanın ətrafının hörülməsi ilə bağlı məlumatı təkzib edib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyası teleqram kanalında məlumat yayıb.
“Səfirlik sadəcə olaraq hündürlüyü aşağı olan ərazidə hasarın səviyyəsini düzəldir"- səfirlik bildirib.
Bəyanatda vurğulanır ki, müdafiə strukturlarının tikintisi ilə bağlı bir sıra İran KİV-lərində yayılan məlumatlar həqiqətə uyğun deyil.