"Rusiyanın qələbəsi yaxınlaşır" - The Telegraph
Dünya
“Rusiyanın Ukraynada parlaq qələbəsi yaxınlaşır. Yorulmuş ukraynalılar Rusiyanın istehkamlarından və minalanmış sahələrindən geri çəkildikcə, təşəbbüs Moskvaya keçir”
News24.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Məqalə müəllifi Birinci Dünya Müharibəsi ilə paralellər aparır və onun qismən daha çox əsgəri olanların xeyrinə başa çatdığını qeyd edir. Moskva ilə Kiyev arasındakı münaqişəyə qayıdan media demoqrafik üstünlüyün Rusiyanın tərəfində olduğunu xatırladıb: “Əhalisi qonşusundan üç dörddə bir dəfə çoxdur.Bundan başqa, beynəlxalq aləmdə vəziyyət Ukrayna üçün daha əlverişli deyil. Beləliklə, Vladimir Putinin Kiyevin qərb tərəfdaşlarının münaqişədən yorulması ilə bağlı hesablaması özünü doğruldur. Ukraynaya yardımı kəsəcəyini vəd edən Donald Tramp 2024-cü ildə ABŞ prezidenti seçilməsə belə, ABŞ artıq Volodimir Zelenskidən hədsiz yorğun olduğunu hiss edir”.
Qeyd edək ki, Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bundan əvvəl bildirmişdi ki, Vaşinqton Rusiya xüsusi əməliyyatı başlayandan bəri Ukraynaya dəstək üçün ayrılan bütün vəsaitin 96 faizini xərcləyib.
Ayşən