Rusiyaya qarşı sanksiyalar Avropadakı yanğınların söndürülməsinə mane olur
Dünya
Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Fransa və İspaniyada meşə yanğınlarının söndürülməsi əməliyyatlarını çətinləşdirir.
News24.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Avropa ölkələri Rusiyanın “Kamov” (Ka-32) tipli yanğınsöndürmə helikopterlərindən istifadə edə bilmədikləri üçün meşə yanğınları ilə mübarizə xeyli çətinləşib.
"Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlər və sanksiyalarla hazırkı xilasetmə əməliyyatlarının həyata keçirilməsinə mane olur", - deyə məqalədə vurğulanıb.
Almaniyada bildirilib ki, 2024-cü ildə sanksiyalar qüvvəyə minənədək Rusiyanın Ka-32 helikopterlərindən meşə yanğınlarının söndürülməsində istifadə olunurdu.
Lakin hazırda bu helikopterlərdən istifadə mümkünsüzdür.
Bundan əlavə, sanksiyalar yalnız ehtiyat hissələrinin alınmasına deyil, həm də həmin helikopterlərə texniki xidmət göstərilməsinə də mane olur.
Bundan əvvəl Fransada son 50 ilin ən güclü meşə yanğınının hərbi zavodlar üçün təhlükə yaratdığı bildirilib.