Rusiyaya son 4 ilin ən böyük zərbəsi – Nə baş verəcək?
Dünya
Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 22-ci sanksiya paketi 2022-ci ildən bəri ən genişmiqyaslı tətbiqi olacaq.
News24.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “Die Welt”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, növbəti paket qəbul edildikdən sonra sanksiya tətbiq olunan Rusiya vətəndaşlarının və təşkilatlarının sayı dərhal üçdə birə qədər artacaq.
Kallas əlavə edib ki, sanksiya təzyiqinin artıq bu payızdan başlanması planlaşdırılır.
Qeyd edək ki, iyulun 23-də Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketi çərçivəsində 170 təşkilat və 48 fiziki şəxsə məhdudiyyətlər tətbiq edib.
Xüsusilə 94 Rusiya və 4 xarici bank, həmçinin 33 kredit-maliyyə təşkilatı sanksiyalara məruz qalıb.