Russayağı "Avroviziya" bu ölkədə keçiriləcək
Dünya
Rusiyanın təşkil etdiyi beynəlxalq musiqi müsabiqəsi “İntervideniye 2026” Səudiyyə Ərəbistanında keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin məlumat verib.
““İntervideniye” keçiriləcək, amma Moskvada və ya Rusiyada yox. Bununla Səudiyyə Ərəbistanındakı həmkarlarımız məşğul olurlar, onlar estafeti qəbul ediblər”, — deyə o bildirib.
Qeyd edək ki, “İntervideniye 2025”-in finalı 20 sentyabr tarixində Moskvadakı “Live Arena”da baş tutub. Müsabiqənin qalibi Dık Fuk olub. O, “Phu Dong Thien Vuong” mahnısı ilə birinci yeri qazanaraq əsas mükafat — büllur kubok və 30 milyon rubl əldə edib.