İrəvanda Ağsaqqallar Şurasının iclasında dava - Video
Dünya
İrəvan Şəhər Ağsaqqallar Şurasının iclasında hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələri ilə müxalifət arasında dava baş verib.
News24.az xəbər verir ki, müxalif “Ana Ermənistan” Blokunun üzvləri hakim partiyanı seçkiqabağı pozuntularda ittiham ediblər.
Bu isə İrəvanın vitse-meri Armen Pambuxçyanın sərt reaksiyasına səbəb olub və tərəflər arasında sözlü mübahisə yaranıb, daha sonra isə dava ilə nəticələnib.
Pambuxçyan xüsusilə “Ana Ermənistan” Partiyasının lideri Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib və opponentlərini susmağa çağırıb.
Bundan sonra yaranan sözlü qarşıdurma plastik butulkaların istifadə edildiyi davaya çevrilib. Şəhər nümayəndə orqanının iclasında fasilə elan olunub. /News.am/