"Ryanair"ə qarşı kollektiv iddia – Yüzlərlə pilot məhkəməyə üz tutdu
Dünya
Yüzlərlə pilot tətil ödənişlərinin verilməməsi iddiası ilə İrlandiyanın aşağıbüdcəli aviaşirkəti "Ryanair"ə qarşı Londonda məhkəmə iddiası qaldırıb.
News24.az xəbər verir ki, iddia keçmiş "Ryanair" pilotu Riçard Fillips tərəfindən qaldırılıb. O, 2012-ci ildə şirkətdən ayrılaraq "British Airways" şirkətində işləməyə başlayıb.
İddiaya 260-dan çox pilot qoşulub. Məhkəmə işində "Ryanair"lə yanaşı, "Storm Global", "Brookfield Aviation International" və "Scanlon Associates" şirkətləri də cavabdeh qismində göstərilib.
Qeyd edək ki, "Ryanair" Avropada uçuşların, sərnişin daşımalarının və hava donanmasının həcminə görə ən böyük aviaşirkətlərdən biridir. (The Times)