Rza Pəhləvidən çağırış: Ümummilli tətilə hazır olun - Video

Rza Pəhləvidən çağırış: Ümummilli tətilə hazır olun - Video Dünya

“İqtisadiyyatın əsas sahələrində çalışan işçiləri və əməkdaşları, ilk növbədə nəqliyyat, neft-qaz sənayesi və energetika sektorlarını ümummilli tətilə başlamağa çağırıram”.

News24.az xəbər verir ki, bu sözləri İranın keçmiş şahının oğlu Rza Pəhləvi videomüraciətində deyib.

“Bizim məqsədimiz artıq təkcə küçələrə çıxmaq deyil. Məqsəd şəhər mərkəzlərini ələ keçirməyə və onları nəzarətdə saxlamağa hazırlaşmaqdır. Mən də vətənə qayıtmağa hazırlaşıram ki, milli inqilabımızın qələbəsi anında sizinlə, İranın böyük xalqı ilə çiyin-çiyinə olum. İnanıram ki, bu gün artıq çox yaxındır”, - deyə Pəhləvi bildirib.