Saakaşvili Zelenskiyə çağırış etdi: “Məni əsir kimi geri qaytarın!”
Dünya
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukrayna Prezidenti Volodimir Zelenskidən onu əsir mübadiləsi çərçivəsində Ukraynaya qaytarmağı xahiş edib.
News24.az xəbər verir ki, Saakaşvili bu barədə Ukrayna dilində “Facebook” hesabında paylaşdığı müraciətində bildirib.
O, özünün təqib olunması və hazırkı vəziyyətinin müharibə ilə birbaşa əlaqəli olduğunu vurğulayıb.
Saakaşvili Zelenskidən xahiş edib ki, onu – Gürcüstandakı prorusiya rejimi tərəfindən qanunsuz saxlanılan Ukrayna vətəndaşı kimi — Rusiya-Ukrayna müharibəsi çərçivəsində mübadilə ediləcək mülki əsirlərin siyahısına daxil etsin.
“Mən bilirəm ki, ukraynalılar öz vətəndaşlarını tək buraxmır və sizə ümid edirəm”, – deyə Saakaşvili bildirib.
Qeyd edək ki, Saakaşvili bu müraciəti noyabrın 12-də xəstəxanadan həbsxanaya köçürüldükdən bir gün sonra yayıb. O, 2022-ci ildən bəri xəstəxanada saxlanılırdı.