Sabi Moskavada qəzaya düşdü - Video

Sabi Moskavada qəzaya düşdü - Video Dünya

Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli müğənni Sabi (Səbinə Məmmədova) avtomobil qəzasına uğrayıb.

News24.az xəbər verir ki, insident zamanı sənətçinin idarə etdiyi nəqliyyat vasitəsinin qarşısına skuter sürən qız çıxıb.

İfaçı həmin an əyləcə basaraq avtomobili dayandırıb.

Qəzadan sonra tərəflər arasında qısa mübahisə yaşanıb.

Sabi avtomobilinə dəymiş ziyanın təmir xərclərini öz üzərinə götürəcəyini və hadisənin böyüdülməsi üçün bir səbəb olmadığını qeyd edib.