Sabiq nazirdən kritik İsrail açıqlaması: - "hələ 50 il..."

Sabiq nazirdən kritik İsrail açıqlaması: - "hələ 50 il..." Dünya

“İsrailin qətl hirsi Qəzzada müharibənin legitimliyini sarsıdır”.

News24.az xəbər verir ki, bu barədə Britaniyanın keçmiş müdafiə naziri Ben Wallace bildirib.

 “Netanyahunun səhvi HƏMAS hücumunu tamamilə əldən vermək idi. Əgər Netanyahu qətliam hirsinin vəziyyəti düzəldəcəyini düşünürsə, o, çox yanılır. Onun üsulları bu problemi həll etməyəcək. Əslində, onun taktikasının daha 50 il ərzində münaqişəni alovlandıracağına inanıram”.

Wallace əlavə edib ki, o, HƏMAS ilə atəşkəsə çağırmır: “lakin İsrail bu qəddar və ayrıseçkilik etmədən hücum metodunu dayandırmalıdır”.

Ayşən