Sağ olan 18 aylıq körpə 4 saat morqda qaldı

Sağ olan 18 aylıq körpə 4 saat morqda qaldı Dünya

ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi ilə üzləşən 18 aylıq Vinsent xəstəxanada ölü elan edilərək morqa yerləşdirilib.

News24.az xəbər verir ki, təxminən dörd saat sonra körpənin nəfəs aldığı və sağ olduğu məlum olub.

Gecikmiş tibbi müdaxilə nəticəsində uşağın səhhətinə qalıcı zərər dəydiyi bildirilir.

Hadisədən səkkiz ay sonra iki yaşı tamam olan uşağın yeriyə, danışa və müstəqil otura bilmədiyi, qidalanmasının isə xüsusi boru vasitəsilə həyata keçirildiyi bildirilir.

Ailə gecikmiş tibbi müdaxilənin uşağın vəziyyətinə ciddi təsir göstərdiyini iddia edir.

Valideynlər xəstəxana və hadisədə məsuliyyət daşıyan tibb işçiləri barəsində hüquqi proses başladıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Uşağın evdə hovuzun nəzarətsiz qalan hissəsinə necə çatması ilə bağlı valideynlərin mümkün səhlənkarlığı da araşdırılır.