Sahildə infarkt keçirən kişini iti xilas etdi

Sahildə infarkt keçirən kişini iti xilas etdi Dünya

İngiltərənin Dorset bölgəsində 71 yaşlı Devid Hovar dənizdə üzdükdən sonra sahildə qəflətən infarkt keçirərək yıxılıb.

News24.az xəbər verir ki, yanında olan labrador cinsli iti dərhal hürməyə başlayıb. Səsləri eşidən ətrafdakı insanlar Hovarın yanına gəlib və yardım çağırıb.

Məlumata görə, vaxtında göstərilən yardım nəticəsində Hovarın həyatı xilas edilib.