Samoa sahillərində güclü zəlzələ baş verdi

Samoa sahillərində güclü zəlzələ baş verdi Dünya

Sakit Okeanın Samoa sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib.

News24.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, yeraltı təkanlar Samoanın paytaxtı Apiadan 246 km cənub-qərbdə qeydə alınıb, zəlzələ ocağı 36 km dərinlikdə baş verib.

Hər hansı tələfat və ya dağıntı barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb.