Sanksiyaların 20-ci raundu: Brüsseldən həm Moskvaya, həm Minskə zərbə

Sanksiyaların 20-ci raundu: Brüsseldən həm Moskvaya, həm Minskə zərbə Dünya

Avropa İttifaqı Rusiyaya və Belarusa qarşı 20-ci sanksiya paketini hazırlayır.

News24.az xəbər verir ki, bu barədə Litvanın maliyyə naziri məlumat yayıb. O, artıq ittifaqın bu istiqamətdə işlərə başladığını bildirib.

Məlumata görə, məhdudiyyətlər yalnız Moskvaya deyil, həm də Minskə şamil olunacaq. Litva rəsmiləri hesab edir ki, Belarus Kremlə əvvəlki sanksiyalardan yayınmağa kömək edir və Aİ-yə qarşı hibrid hücumlarda iştirak edir.

Yeni sanksiyaların detalları hələ açıqlanmasa da, ekspertlər Brüsselin bu dəfə enerji, tranzit və texnologiya sektorlarına daha ciddi məhdudiyyətlər tətbiq edə biləcəyini istisna etmirlər.