Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi

Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi Dünya

Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi xəstəliyi təsdiqlənib.

News24.az xəbər verir ki, bu barədə Sankt-Peterburqdakı Botkin Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, daha əvvəl xəstəxanaya yerləşdirilən beş nəfərdə meymunçiçəyi xəstəliyi təsdiqlənib.

"Bütün xəstələrin vəziyyəti stabildir, yüngül və orta dərəcəli simptomlar müşahidə olunur", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, meymunçiçəyi nadir yoluxucu xəstəlikdir, daha çox Mərkəzi və Qərbi Afrikanın ucqar ərazilərində yayılıb.