Ağ Evdəki görüşdə diqqətçəkən məqam – Şaraa binaya gizlin daxil olub?
Dünya
Xəbər verdiyimiz kimi, Ağ Evdə ABŞ lideri Donald Trampla Suriya Prezidenti Əhməd əş-Şaraa arasında görüş başlayıb. Lakin görüşdə diqqətçəkən xüsusi bir məqam var.
Belə ki, News24.az-ın "Reuters"ə istinadla verdiyi xəbərə görə, Şaraanı binaya daxil olarkən görüntüləmək mümkün olmayıb.
Onun Ağ Evə əsas qapıdan deyil, yan girişdən daxil olduğu bildirilir və Suriya Prezidenti xarici liderlər üçün təşkil olunan xüsusi mərasimlə qarşılanmayıb.
Əksər ölkə liderləri Ağ Evin şimal tərəfdəki həyətinə avtomobillə gətirilir və burada onların ölkələrinin bayraqları nümayiş etdirilir. Ancaq Şaraa gəlməzdən əvvəl Ağ Evin “West Wing” hissəsi və həyətində heç bir Suriya bayrağı qaldırılmayıb.