Sarkozi həbsdən erkən çıxdı – Yenilənib
Dünya
Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsdən buraxılıb. O, Parisdəki Sante həbsxanasından çıxdıqdan sonra evinə gəlib.
News24.az xəbər verir ki, evdə Sarkozini ailə üzvləri və tərəfdarları qarşılayıb.
Xatırladaq ki, Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya hökuməti tərəfindən qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı araşdırmadan sonra ötən ay Sante həbsxanasına salınıb.
**
Fransız məhkəməsi sabiq prezident Nikola Sarkozi üçün erkən azadlıq qərarı verib.
News24.az BFM TV-yə istinadla xəbər veriri ki, Sarkozi bu gün Parisdəki həbsxanadan azad ediləcək. Lakin sabiq dövlət başçısı sərt məhkəmə nəzarəti altında olacaq.
Sarkozinin vəkili bildirib ki, növbəti mərhələdə sabiq prezident əvvəlki məhkumluğuna qarşı apellyasiya şikayəti hazırlayacaq.
70 yaşlı sağçı siyasətçi, “Liviya işi” kimi tanınan və rüşvət də daxil olmaqla dörd fərqli maddə üzrə mühakimə olunduğu prosesdə cinayətkar təşkilat yaratmaq ittihamı ilə 5 il müddətinə həbs cəzasına məhkum edilmişdi. O, 21 oktyabrda həbs edilərək Avropa İttifaqı ölkələri daxilində həbsdə olan ilk dövlət başçısı kimi tarixə düşüb.
Sarkozi 9 kvadratmetrlik tək nəfərlik kamerada saxlanılırdı.
Nilufər