Saxara səhrasında faciə: 50 nəfər susuzluqdan öldü

Saxara səhrasında faciə:  50 nəfər susuzluqdan öldü Dünya

Malidən Nigerə gedən sərnişinləri daşıyan yük maşını Saxara səhrasında sıradan çıxıb.

News24.az-ın məlumatına görə, nəticədə 50 nəfər susuzluqdan həyatını itirib.

Avtomobili təmir edə bilməyən sərnişinlər günlərlə səhrada köməksiz vəziyyətdə qalıblar.

İki nəfər piyada Assamaka şəhərinə çataraq hadisəni xəbər verib. Daha sonra xilasedicilər əraziyə cəlb olunub və meyitlər aşkarlanıb.