Saxta spirtli içkidən 16 nəfər öldü

Saxta spirtli içkidən 16 nəfər öldü Dünya
Hindistanda saxta spirtli içkidən zəhərlənən azı 16 nəfər ölüb, 10 nəfər isə xəstəxanaya yerləşdirilib.

News24.az “Times of India”-ya istinadən xəbər verir ki, hadisə Qucarat ştatının qərbində baş verib. 

Xəstəxanaya yerləşdirilən zəhərlənənlərdən 5-nin vəziyyəti ağırdır.

Polis saxta alkoqol istehsalçıları və satıcılarının axtarışına başlayıb.