Sedat Peker və ailəsini təhqir edən "TikTok" fenomeni canlı yayımda güllələndi
Dünya
Almaniyada sosial şəbəkədə paylaşımları ilə tanınan "TikTok" fenomeni Metin Acar silahlı hücuma məruz qalıb.
News24.az xəbər verir ki, Almaniya mətbuatının yaydığı məlumata görə, türkiyəli mafia lideri Sedat Peker və ailəsi haqqında təhqiramiz ifadələr səsləndirdiyi canlı yayımdan qısa müddət sonra Acar naməlum şəxslər tərəfindən güllələnib.
Hadisə nəticəsində Metin Acara üç güllə dəyib. Məlumata əsasən, güllələrdən biri onun ayağına, digəri isə cinsiyyət orqanına tuş gəlib. Yaralı dərhal xəstəxanaya aparılıb, vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.