Səfir münasibətləri korlamaqda günahlandırıldı
Dünya
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyanın ölkədəki səfiri Peter Fişeri iki ölkə arasındakı münasibətlərə zərər vurmaqda ittiham edib.
News24.az xəbər verir ki, Kobaxidze bunu Peter Fişerin Gürcüstandakı diplomatik missiyasını başa vurmasına münasibət bildirərkən deyib.
Baş nazirin sözlərinə görə, Peter Fişer uzun illər ərzində Gürcüstanda fəaliyyət göstərən Almaniya səfirləri arasında ikitərəfli münasibətlərin inkişafı üçün heç bir töhfə verməyən, əksinə, onlara ciddi zərər vuran yeganə səfir olub.
Peter Fişer 2022-ci ildən Almaniyanın Gürcüstandakı səfiri vəzifəsində çalışıb. O, diplomatik missiyasının başa çatdığını X sosial şəbəkəsində açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl də Gürcüstan hakimiyyətinin nümayəndələri Peter Fişeri ölkənin daxili işlərinə müdaxilə etməkdə və etiraz aksiyalarını dəstəkləməkdə ittiham etmişdilər./Modern.az/