Səkkiz qadını amansızlıqla öldürən şəxsə hökm oxundu

Səkkiz qadını amansızlıqla öldürən şəxsə hökm oxundu Dünya

Nyu-York ştatında 21-ci əsrin ən səs-küylü cinayət araşdırmalarından biri başa çatdırılıb. Seriya qətllər törədən 62 yaşlı Reks H. səkkiz qadının qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib.

News24.az-ın Spiegel-ə istinadən məlumatına görə, hakim Timoti Mazzei hökmü Lonq-Aylenddəki Riverhead Şəhər Məhkəməsində elan edib.

Uğurlu memar və iki uşaq atası on illərlə dəhşətlər dolu ikili həyat sürüb. Arvadı evdə olmadığı müddətdə o, fahişələrin "xidməti"ndən istifadə edib, sonra onları qaçırıb, işgəncə verib və boğub. Qurbanların cəsədlərini isə Lonq-Aylend sahillərində qoyub.

"Gilqo Biç qətlləri" adlanan hadisələr 2010-cu ildə Lonq-Aylendin cənub sahilində 11 nəfərin - doqquz qadının, bir kişinin və bir uşağın qalıqlarının tapılması ilə ABŞ vətəndaşlarını şoka salıb. Bu hadisə sonradan "İtirilmiş qızlar" (2020) bədii filminin əsasını təşkil edib.

Müstəntiqlər illərlə seriya qətllər törədən qatili tapa bilməyiblər. Dönüş nöqtəsi 2023-cü ilin iyul ayında memarın Manhettendəki ofisinin yaxınlığında həbs olunması ilə baş verib. Bir neçə detal şübhəlinin şəxsiyyətinin müəyyən edilməsinə səbəb olub. Qurbanlardan birinin itkin düşməsinin şahidləri qatilin maşınını görüblər. Müasir DNT analizi qurbanların cəsədlərində tapılan tüklərin təqsirləndirilən şəxsin genetik profili ilə uyğunlaşdırılmasına imkan verib.

Əvvəlcə günahsızlığını iddia edən cinayətkar sonda çoxlu dəlillər qarşısında təslim olub. 2026-cı ilin aprelində o, 1993-2010-cu illər arasında törədilən yeddi qətldə günahını tam etiraf edib və əvvəllər heç bir əlaqəsi sübut olunmayan səkkizinci qurban üçün də məsuliyyəti öz üzərinə götürüb.

Zaur

Səkkiz qadını amansızlıqla öldürən şəxsə hökm oxundu Səkkiz qadını amansızlıqla öldürən şəxsə hökm oxundu Səkkiz qadını amansızlıqla öldürən şəxsə hökm oxundu Səkkiz qadını amansızlıqla öldürən şəxsə hökm oxundu